8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Digər idman növləri

Bakı çempionları müəyyənləşib

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) 2018-ci il üçün müəyyənləşdirdiyi təqvim planına əsasən, fərdi və kriterium ötüşməsi üzrə Bakı şəhər çempionatı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə keçirilən yarışda klub və cəmiyyətlərin 70-ə yaxın idmançısı mübarizə aparıb.

Qala qəsəbəsində təşkil olunan fərdi ötüşmədə Respublika Olimpiya Ehtiyatları Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin (ROEİUGVİM) üzvləri Nəcəf Bağırov, Nikita Sitov, Kamran Mirzəxanov və Ayan Xankişiyeva müvafiq olaraq Gənclər, U-17, U-15 və qızların mübarizəsində 1-ci yeri tutublar. Yalnız 15 yaşadək qızlar arasında 1-ci yerə 7 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (7 İOEUGİM) təmsilçisi İradə Abdurəhimova layiq görülüb.

Veloparkda keçirilən kriterium ötüşməsinə gəlincə, burada Respublika Olimpiya Ehtiyatları Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin velosipedçiləri Əli Qurbanov, Nikita Sitov və Ayan Xankişiyeva digər rəqiblərindən daha yaxşı çıxış ediblər. Qaliblər AzVİF və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom və xatirə hədiyyələri ilə təltif ediliblər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31