27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

"Olimpiya"da döyüşlər

4 may 2018-ci il tarixində Bakıda Olimpiya Stadionunda WFCA-48 beynəlxalq turniri keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, WFCA-48 turniri çərçivəsində azarkeşlər üçün artıq tanınmış MMA idmançılar - Bəxtiyar Arzumanov, Mehman Məmmədov, Tofiq Musayev, Vüqar Kərəmov iştirak edəcək.

Saat 19:00-da başlayacaq turnirin təşkilatçıları "Olimpiya" və "Akhmat" döyüş klubları və Bakı Olimpiya Stadionudur.

"Akhmat" klubunun tanınmış nümayəndəsi, çempionu, ən perspektivli rus döyüşçülərindən biri olan Məhəmmədrəsul "Frodo" Hasbulaev (28-7) turnirin super-döyüşündə Salman Jamaldayev (15-1) ilə görüşəcək. Ümumilikdə, WFCA-48 turnirində MMA qaydalarına uyğun olan 14 döyüş keçiriləcək. Turnir Azərbaycanda bir ilk olacaq.

Rinq Bakı Olimpiya Stadionunun əsas meydançasında qurulacaq, tamaşaçılar isə 3000 yerlik oturacaqlarla təmin ediləcək.

Biletlərin satışı online olaraq iticket.az saytına, şəhərin mərkəzləşdirilmiş kassalarından, həmçinin ASAN mərkəzlərində mövcuddur; qiymətlər 5, 10 və 20 AZN arasında dəyişir. Turnir "CBC Sport" kanalı tərəfindən "Match TV" üçün siqnal ötürülməsi ilə canlı yayımlanacaq.

Qeyd edək ki, bu turnirdə Azərbaycan, Rusiya, Argentina, ABŞ, Qırğızıstan, Braziliya, Ukrayna, Niderland, Qazaxıstan, Tacikistan və Dominikan Respublikasının MMA döyüşçüləri öz döyüş bacarıqların göstərəcəklər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30