20 Yanvar 2019, Bazar günü
“Qarabağ” “Bohemians”a qalib gəldi
“Səbail” “Sürix”lə heç-heçə etdi
“Sabah” macarları məğlub etdi
AFFA üç milli komandanı ləğv etdi

Digər idman növləri

Cüdo Federasiyasında əməkdaşlıq sazişi imzalanıb

Dekabrın 27-də Azərbaycan Cüdo Federasiyasında yeni əməkdaşlıq sazişi imzalanıb.

Futbolxeber.az saytının məlumatına görə, sazişi ölkəmizdə səfərdə olan İran İslam Respublikası Cüdo Federasiyasının prezidenti Məhəmməd Deraxşanmübarək, İraq Cüdo Federasiyasının prezidenti Samir Əl-Musəvi və Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov imzalayıblar.

Əməkdaşlıq sazişinə əsasən Azərbaycan Cüdo Federasiyası, İran İslam Respublikasının Cüdo Federasiyası və İraq Cüdo Federasiyaları dostluq münasibətlərini və qarşılıqlı əməkdaşlığı inkişaf etdirərək, bütün yaş qrupları üzrə milli yığma komandaların birgə təlim-məşq toplanışlarını, turnirlər, yoldaşlıq görüşlərinin təşkili və keçirilməsini reallaşdıracaq. Tərəflərin üzvü olan idman təşkilatlarının, elecə də idman məktəblərinin əməkdaşlığına şərait yaradılacaq. Məşqçilər və hakimlər üçün birgə seminarlar təşkil ediləcək. Müxtəlif təcrübə mübadiləsi layihələrinin hazırlanması və həyata keçirilməsi də nəzərdə tutulur. Həmçinin, müxtəlif yarışlarda təmsil olunmaq üçün zəruriyyət yaranmış çəki dərəcələrində idmançı transferlərinin həyata keçirilməsi də gələcək planlar daxilindədir.

Görüşdə Sadıq Sadıqov qonaqlara xatirə hədiyyələrini təqdim edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31





Click to Visit