14 Dekabr 2018, Cümə
Ərsun Yanal yenidən "Fənərbaxça"da
“Bu gün futbolçularımdan razı qaldım”
“Qarabağ” "Arsenal"a uduzdu
Prezident Mircavadovu mükafatlandırdı

Digər idman növləri

Fariz Məmmədovun “Böyük qayıdış”ı təqdim olundu

Azərbaycanın ilk peşəkar boksçusu, bu idman növü üzrə ilk azərbaycanlı dünya çempionu Fariz Məmmədov haqda sənədli film çəkilib.

Futbolxeber.az saytının məlumatına görə, “Böyük qayıdış” adlanan filmin təqdimat mərasimi bu gün “JW Marriott Absheron Baku” otelində keçirilib.

Tədbirdə idman ictimaiyyətinin tanınmış, nüfuzlu nümayəndələri, millət vəkilləri, ziyalılar, mədəniyyət ustaları, “Qəbələ” klubunun rəsmiləri və media nümayəndələri iştirak ediblər.

30 dəqiqəlik sənədli filmin rejissoru Nicat Cəlilovdur. “Böyük qayıdış” “Qəbələ” İdman Klubunun və Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə ərsəyə gəlib. Filmin çəkiliş müddəti 8 aya yaxın davam edib.

Filmdə Fariz Məmmədovun 12 yaşında müharibə iştirakçısı olması, 12 il əvvəl azadlıqdan məhrum olması, 7 illik həbsxana həyatı, peşəkar idmana qayıdışı, karyerasının parlaq sonluğu və digər qələbələri yer alınıb.

Filmə baxışdan öncə səhnəyə ilk olaraq Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev çıxıb. Ardınca söz filmin rejissoruna verilib.

Filmə baxış güclü alqışla müşayiət olunub. Daha sonra millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili Ülvi Quliyev, Ağdamın keçmiş icra başçısı Nizami Sadıqov, Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov çıxış ediblər. Ardınca söz alan tanınmış muğam ustası Alim Qasımov nitqini Farizə həsr etdiyi muğam parçası ilə bitirib.

Sonda söz Fariz Məmmədova verilib: “Sözün açığı, əvvəldən zalda bu qədər adamın olacağına inanmazdım. Hər kəsə təşəkkürümü bildirirəm. Həbsxanada olanda da dostlarımın diqqətini hiss etmişəm. Bu sevgi və diqqət olmasaydı, bu gün qarşınızda çıxış edə bilməzdim. Daim yanımda olan insanlara, jurnalistlərə minnətdaram”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31





Click to Visit