27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

Mariya Stadnik: “Zarafat deyil…”

"Yarışlarda müəyyən psixoloji təzyiq, gərginlik var idi. Amma ümumilikdə İslam Oyunları mənim üçün rahat keçdi". Futbolxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının sərbəst güləş üzrə qadınlar arasında 48 kq. çəki dərəcəsində qızıl medal mükafatçısı Mariya Stadnik deyib.
 
İdmançı bildirib ki, oyunların Azərbaycanda keçirilməsi onun məsuliyyətini daha da artırıb: "Zarafat deyil, doğma divarlar arasında İslam oyunları kimi mötəbər tədbir keçirilir və təbii ki, məsuliyyət böyük idi. Azarkeşlər səni dəstəkləyir, onları üzmək doğru olmazdı. Finaldakı rəqibim Evin Dəmirxana ayın əvvəli Serbiyada keçirilən Avropa çempionatında da asan qalib gəlmişdim".
 
Qalib deyib ki, qələbəsi həm də övladının ad gününə düşdüyü üçün ikiqat sevinclidir: "Çox sevincliyəm. Ailəm yanımda olmasa da, onlar televiziya vasitəsi ilə çıxışımı izləyiblər. Sabah qızımın 4 yaşı tamam olur" ("Report").
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30