26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

4 karateçimiz İslamiadanın finalında

IV İslam Həmrəyliyi Oyunlarında karate yarışları davam edir.

Futbolxeber.az saytının məlumatına görə, bu gün “Bakı-2017”də daha 4 karateçimiz finala yüksəlib.

Kişilərin kata yarışında təmsilçimiz Roman Heydərov yarımfinalda Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Xəlifə Əlabarı 5:0 hesabı ilə məğlub edib və qızıl medal uğrunda mübarizə aparmaq hüququ əldə edib.

(-84 kq) karatenin kumite yarışlarında Ayxan Mamayev yarımfinalda özbəkistanlı Əbdüləziz Ataboyevi 3:1 hesabı ilə məğlub edib.
 
Karatenin kumite yarışlarında Fəridə Əliyeva (+68 kq) yarımfinalda pakistanlı Nargis Nargisi 1:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Kumite yarışlarındakı digər xanım idmançımız İrina Zaretska (-68 kq) isə arımfinalda iranlı Behnoş Nəcəfiqhaqhelestani üzərində 3:0 hesabı ilə inamlı qələbə qazanmaqla finala adlayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30