24 Noyabr 2017, Cümə
Etopaz-da bu gün 14 canlı oyun
Millimiz FİFA reytinqində gerilədi
Villian: “Penalti var idi”
“Qırmızı” ilə bağlı narazıyam”

Digər idman növləri

Millimizin üzvü "Qızıl Liqa"nın qalibi oldu

Azərbaycan cüdoçuları ilin sonunda da beynəlxalq yarışlarda uğurla çıxış ediblər. 
 
Futbolxeber.az-ın məlumatına görə, idmançılarımız bu dəfə klublararası keçirilən Avropa "Qızıl Liqa" yarışının medallarını qazanıblar. Milli komandamızın aparıcı cüdoçularından olan Nicat Şıxəlizadə (66 kq) Gürcüstanın «Sagaredjo FF Superstars» klubunun heyətində «Qızıl liqa»nın qalibi olub. Rusiyanın Qroznı şəhərində keçirilən yarışda qonşularımız öncə «Sportinq»i (Portuqaliya) 3:2, sonra «Abensberq»i (Almaniya) 5:0 məğlub edib. Finalda həmyerlimizin komandası gərgin mübarizədə «Yavara Neva»nı (Rusiya) üstələyib – 3:2.
 
Millimizin olimpiya mükafatçısı Rüstəm Orücov (73 kq) da mükafatsız qalmayıb. Bütün çəki dərəcələrində dünya reytinq cədvəlinə başçılıq edən Rüstəm Orucov Portuqaliyanın «Sportinq» klubunun heyətində bürünc medal qazanıb. Fəxri kürsüyə gedən yolda portəgizlər «Edelveys» (Qroznı) və «Nalçik» (hər ikisi – Rusiya) klublarını müvafiq olaraq 3:2 və 5:0 hesabları ilə məyus edib. 
 
Yarışların bağlanış mərasimində Nicat Şıxəlizadəyə Avropa "Qızıl Liqa"sının qızıl, Rüstəm Orucova isə bürünc medalı təqdim olunub.
 

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2017
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30





Click to Visit