27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

“Belə qarşılaşmalarda nəticəni kiçik detallar həll edir”

Futzal üzrə dünya çempionatının final mərhələsində keçirilmiş Azərbaycan - İspaniya oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:

Milton Luis Ziller Junior (Azərbaycan millisinin baş məşqçisi): “Ümumilikdə yaxşı oyun oldu. Biz də yaxşı oynadıq. Amma belə qarşılaşmalarda nəticəni kiçik detallar həll edir. Bugünkü oyunun nəticəsini müəyyənləşdirən əsas amil ispanların bizə nisbətən yaradılan qol epizodlarından daha dəqiq yararlanması oldu. Biz əldə etdiyimiz şanslardan istifadə edə bilməyəndə, dərhal rəqibin ciddi təzyiqi ilə üzləşirdik”.

Venancio Lopez (İspaniya millisinin baş məşqçisi): “Maraqlı oyun alındı. Taktiki baxımdan hər iki komanda düzgün oynadı. Belə qarşılaşmalarda qapıya vurulan zərbələrdə dəqiqlik faizi yüksək olmalıdır. Qələbə qazandığımız üçün çox şadıq. Çıxışımızı pillə-pillə daha da yaxşılaşdırmalıyıq. Çünki növbəti mərhələlərdə bizi daha çətin oyunlar gözləyir”.


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30