27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

“Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun təqdimata ehtiyacı yoxdur”

“Gərgin partiya alındı. Debütdən sonra oyunu bərabərləşdirə bildim. Daha sonra rəqibim bir qədər qəribə oynamağa başladı. Sonda istəyimə çatdım. Macarıstanlı şahmatçı çalışsa da, yenilgidən qaça bilmədi”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri şahmatçımız Arkadi Naydiç deyib.

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının üçüncü turunda əsas millimiz Macarıstanla qarşılaşır. Dördüncü lövhədə mübarizə aparan Naydiç Benjamin Qleduranı məğlub edib.

Mətbuat konfransında Naydiç Macarıstan millisinin güclü rəqib olduğunu söyləyib: “Ötən Avropa çempionatında biz Macarısyana 0,5:3,5 hesabı ilə uduzmuşduq. Yeganə yarım xalı Petor Lekodan almaq mümkün olmuşdu. Leko bu yarışda yoxdur. Amma Macarıstan millisi o olmadan da güclüdür. Bu səbəbdən də görüşə çox ciddi şəkildə hazırlaşmışdıq”.  

Naydiç qələbə qazanana kimi komanda yoldaşlarından Şəhriyar Məmmədyarov qələbə qazandığı halda, Teymur Rəcəbov məğlub olub. Naydiç vəziyyəti belə dəyərləndirib: “Görüş əvvəldən gərgin alındı. Şəhriyarın vəziyyəti qeyri-müəyyən idi. 3 saatdan sonra onun qələbə qazanacağı ehtimal edilirdi. Teymur isə əksinə, çətin vəziyyətə düşmüşdü. Raufun müəyyən qədər üstünlüyü var. Lakin partiya heç-heçəyə oxşayır. Mənim oyunumda da gedişat heç-heçəyə oxşayırdı. Bu səbəbdən də ya mən, ya da Rauf qələbə qazanmalıydı. Əlimizdən gələni edirdik ki, ikimizdən biri qələbə qazansın. Bu halda komanda yoldaşlarımız daha rahat oynaya biləcəkdilər”. .

Naydiç dördüncü lövhədə oynamağın onun üçün ciddi əhəmiyyət kəsb etmədiyini bildirib: “Komandamızdakı 5 idmançının hamısı güclüdür. Şəhriyar və Teymurun təqdimata ehtiyacı yoxdur. 4-cü lövhədə oynadığımdan əksər oyunlarda reytinqimə görə favorit hesab olunuram. Turnir uzundur. Hər kəs əlindən gələni edir ki, komandaya daha çox fayda versn. Mənim üçün hansı lövhədə oynamağın heç bir fərqi yoxdur”.

Arkadi Naydiç komanda yoldaşı Teymur Rəcəbovun yüksək səviyyəsini qeyd edib: “Teymur Rəcəbov yüksək səviyyəli şahmatçıdır. O, dünyanın ən güclülərindən biridir. Teymur nə etməli olduğunu çox yaxşı bilir”.

Təcrübəli qrossmeyster yığmamızın düşərgəsində əhabl-ruhiyyənin yüksək səviyyədə olduğunu vurğulayıb: “Komandamızın məşqçisi Etyen Bakro ilə uzun ilərdir dostuq. Onu çox yaxşı tanıyıram. Kapitan Aleksendr Dreyev isə daha əvvəl Şəhriyar və Raufla birgə çalışıb. Komandada vəziyyət çox yaxşıdır. Hər kəs qələbəyə köklənib”.

Sonda Naydiç olimpiadanın favoriti qismində 3 komandanın çəkib: “Olimpiadanın favoritləri Rusiya, ABŞ və Çindir. Bizim nəticəmiz bu komandalara qarşı oyunlardan asılı olacaq. Bir qədər bəxtimiz gətirsə, medal qazanmağımız mümkündür”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30