26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

Sergey Karyakin: “Hamını Bakı Şahmat Olimpiadasına dəvət edirəm”

Rusiya yığmasının üzvü, Dünya Kubokunun qalibi, şahmat tacı uğrunda çempionluq görüşünə vəsiqə qazanan Sergey Karyakin 42-ci Ümumdünya Şahmat Olimpiadası haqda danışıb. Futbolxeber.az saytının məlumatına görə, Karyakin səbrsizliklə Bakı Şahmat Olimpiadasını gözlədiyini bildirib: "Sentyabrda Bakıda Şahmat Olimpiadası keçiriləcək. Bu mötəbər yarışda iştirak etməyi planlaşdırıram. İnanıram ki, Rusiya yığması üçün olimpiada uğurlu olacaq. Millimizin olimpiadada qızıl medal uğrunda yarışmasını istərdim. Ümumiyyətlə, Bakı şəhəri mənim üçün düşərlidir. Ötən il Bakıda keçirilən Dünya Kubokunda qələbə qazanmışam. Burada hər zaman turnirlər yüksək səviyyədə keçirilir. Hamını Bakı Şahmat Olimpiadasına dəvət edirəm".

Qeyd edək ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də keçiriləcək. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarışın oyunları “Crystal Hall”da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30