17 Avqust 2019, Şənbə
"Qarabağ" "Keşlə"ni qəbul etdi
"Neftçi" erkən qol vursaydı...”
Zubir "Qarabağ"dan gedir?
Başını dik tut, “Neftçi” azarkeşi!

Digər idman növləri

"Synergy Baku"dan III çempionluq

Ölkəmizin "Synergy Baku" kontinental komandası Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı "Tour de Serbia" yarışını uğurlu nəticə ilə başa vurub. Futbolxeber.az saytının məlumatına görə, 21 kollektivin iştirak etdiyi yarışda "Synergy Baku" həm komanda hesabında çempion olub, həm də velosipedçimiz Matey Müqerli ümumi təsnifatın qalibi adını qazanıb.

Yarışın 3-cü mərhələsinin qalibi olmaqla ümumi təsnifatda liderliyə yüksələn Matey Müqerli bu üstünlüyünü sonadək qoruyub və bununla da "Tour of Serbia"nın ən yaxşı velosipedçisi üçün nəzərdə tutulan "sarı köynəyi" qazanıb. Yeri gəlmişkən, ümumi təsnifatda "Synergy Baku"nun digər üzvü Matiya Kvasina 3-cü olub.

Komanda hesabına gəlincə, "Synergy Baku" mövsümdə 3-cü çempionluq sevinci yaşayıb. Apreldə "Tour of Croatia", mayda isə "Tour d’Azerbaïdjan" yarışlarından sonra Serbiya Turu da komandamızın birinci yeri tutması ilə yadda qalıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31