26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

Bakıda Formula 1 həyəcanına start verildi

Azərbaycan üçün tarixi bir gün - komandalar, bolidlər, pərəstişkarlar Formula 1-in yeni şəhər treki 2016 Avropa Qran Prisinə ev sahibliyi edəcək Bakıya təşrif buyurublar.

Dünənə təyin olunmuş trek içi və trek xarici tədbirlər hər kəs üçün inanılmaz dərəcədə maraqlı və unudulmayacaq məqamlarla yadda qaldı. Üç günlük tribuna biletlərinin sahibləri günorta saatlarında Pitleyn yürüşü edərək, Formula 1 həyatını daha yaxından izləmək şansına malik olublar. Pitleyn yolunda izləyicilər komandların qarajlarında dünyanın ən innovativ yarış avtomobillərinin mühəndis və mexaniklər tərəfindən necə sazlanması prosesini addım addım izləmək imkanına malik olublar.

Azneft dairəsindən Dəniz Vağzalına kimi qurulan bütün əyləncə zonaları - həmçinin F1 Şəhərciyi bütün bilet sahiblərinin üzünə qapılarını açdı. Dünəndən etibarən tamaşaçılar onlar üçün qurulmuş möhtəşəm əyləncə məkanlarından istifadə edə bilərlər.

Tamaşaçıların ən sevimli yeri Oyun Zonası ərazisi F1 şəhərciyində qurulub. Sürət sevən fanatlar simulyatorlarda test edib özlərini əsl F1 sürücüsü kimi hiss edə biləcəklər. İzləyiciləri hava turbini və dırmanma divarı kimi həyəcanlı atraksionlar gözləyir.

2016 Formula 1 Avropa Qran Prisinin izləyicilərini əyləncə məkanlarında müxtəlif səyyar məzhəkəçi aktyorların iştirakı tamaşaçıların əyləncəsinə xüsusi rəng qatacaq. Səyyar proqrama Güzgü Adam, aktyor Spandy Andy, Ağacayaq, Küçə Rəssamları, Titan Robot və Ənənəvi Azərbaycan Rəqqaslarının rəqsləri daxildir. Müxtəlif maili enişlərdən və relslərdən ibarət yarımdairəvi skeyt parkda skeytbordçular və birçarxlı konki sürənlər öz məharətlərini nümayiş etdirəcəklər.

Bakı Şəhər Halqası əyləncə proqramında azyaşlı uşaqları olan ailələri də unutmayıb. Uşaqlar  üçün əyləncəli və təhlükəsiz mühitdə yol hərəkəti qaydalarını öyrədən sürücülük məktəbi yaradılıb. Bundan əlavə həftəsonu ərzində uşaqlar müvəqqəti kartinq halqasında dövrələri daha tez zamanda başa vurmaq üçün yarışacaqlar.

2016 Formula 1 Avropa Qran Prisinin ilk günündə Bakı Bulvarının əsas səhnəsində pərəstişkarlar öz qəhrəmanları ilə avtoqraf sessiyalarında görüşdülər. Mercedes AMG Petronas, Red Bull Racing, Toro Rosso və Scuderia Ferrari pilotları ilə görüş fanatlar üçün əsl hədiyyə oldu. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30