26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnirin açılış mərasiminin vaxtı müəyyənləşib

Mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2016" super-turnirinin açılış mərasiminin vaxtı məlum olub. Turnirin mətbuat xidmətindən Futbolxeber.az saytına verilən məlumata görə, tədbir mayın 25-də Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq.

Saat 19:00-da başlanacaq mərasimə bir sıra nazirliklər, Beynəlxalq Şahmat Federasiyasının (FİDE), mətbuat qurumlarının nümayəndələri və eləcə də şahmatsevərlər qatılacaq. Açılışdan sonra püşkatma olacaq.

Qeyd edək ki, "Shamkir Chess 2016" ardıcıl üçüncü dəfə təşkil olunur. Super turnirdə dünya çempionluğuna namizəd Sergey Karyakin (Rusiya), eləcə də qrossmeysterlərdən Fabiano Karuana (İtaliya), Aniş Giri (Hollandiya), Pentala Harikrişna (Hindistan), Pavel Elyanov (Ukrayna), Hou Yifan (Çin), Azərbaycan yığmasının üzvləri Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli və Rauf Məmmədov mübarizə aparacaqlar. İlk tur mayın 26-da olacaq. 9 turdan ibarət yarış iyunun 4-də yekunlaşacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30