27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

“Gömrükçü” taekvondoçuları açıq birinciliyin qalibi oldu

 

Mayın 7-8-də Sumqayıt Olimpiya İdman Komleksində ümummilli lider Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmuş Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” idman klubunun taekvondo üzrə açıq birinciliyi keçirilib. Futbolxeber.az saytının məlumatına görə, yarışda paytaxt və bölgələri təmsil edən 48 komandadan 545 idmançı 4 yaş qrupu üzrə qüvvəsini sınayıb.Birincilikdə oğlanlar və qızlar arasında 2002-2004-cü illər təvvəllüdlü yeniyetmələr, eləcə də 2005-2006-cı illər təvəllüdlü uşaqlar qüvvəsini sınayıb.

Mayın 7-də birinciliyin açılış mərasimi keçirilib. Mərasimdən əvvəl Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzi, Azərbaycan Taevondo Federasiyası və Sumqayıt Olimpiya İdman Kompleksinin rəsmi nümayəndə heyəti və bir qrup tanınmış idmançı ümummilli lider Heydər Əliyevin Sumqayıtın mərkəzində ucaldılan abidəsini ziyarət ediblər. Ulu öndərin xatirəsi ehtiramla yad edilib, abidə önünə əklil qoyulub, tər güllər düzülüb.

Birinciliyin açılış mərasimdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov, Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Niyaməddin Paşayev iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Qarabağ uğrunda döyüşlərdə həlak olmuş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Çıxış edən Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Mübariz Bəşirov ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan söz açıb. O, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Sumqayıtda silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Ulu öndər Heydər Əliyevin Azərbaycan idmanının inkişafında müstəsna xidmətləri olduğunu deyən M. Bəşirov uğurlu idman siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini diqqətə çatdırıb. Bəşir müəllim Azərbaycan idmanında qazanılan nailiyyətlərdə Sumqayıt idmançılarının da payı olduğunu diqqətə çatdırıb: “Müstəqillik dövründən indiyədək keçirilən Olimpiya və Paralimpiya oyunları, eləcə də yeniyetmələrin Olimpiya oyunlarında Sumqayıt şəhərinin 17 təmsilçisi 2 qızıl, 4 gümüş, 3 bürünc medal əldə edib”.

ATF prezidenti Niyaməddin Paşayev idmançılarımızın  mötəbər yarışlardan vətənə uğurlu nəticələrlə döndüklərini bildirib. O, Sumqayıt sakinlərinin idmana, o cümlədən taekvondoya böyük maraq göstərdiklərini diqqətə çatdırıb. Vitse-prezident yarışa 500-dən çox idmançının qatılmasını bu sahədə kütləviliyin əldə olunması ilə əlaqələndirib.

DGK İSM-ın baş direktoru Xəzər İsayev yarış iştirakçılarını salamlayıb və onlara gərgin mübarizədə uğurlar arzulayıb. MOK-un vitse-prezidenti əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Xəzər İsayev qeyd edib ki, ümummilli lider Heydər Əliyevin digər sahələrdə olduğu kimi, idmanın inkişafında da misilsiz xidmətləri var. Ölkəmizdə idmanın yüksək səviyyədə inkişaf etdirildiyini deyən DGK İSM-ın sədri respublikamızın müxtəlif bölgələrində müasir standartlara cavab verən Olimpiya idman komplekslərinin idmançıların istifadəsinə verildiyini bildirib. Vitse-prezident təmsilçilərimizin müxtəlif mötəbər yarışlardan vətənə medallarla döndüklərini, Azərbaycanı dünyada layiqincə tanıtdıqlarını dilə gətirib.

Yarışın əhəmiyyətini yüksək qiymətləndirən Xəzər müəllim böyük idmana gedən yolun məhz belə yarışlardan başladığını dilə gətirib. Sumqayıtda idmana böyük maraq olduğunu deyən Xəzər İsayev əldə olunan nailiyyətlərlə bağlı qeyd olunan statistik göstəricilərin bunu bir daha təsdiqlədiyini xatırladıb.

DGK İSM tərəfindən silsilə tədbirlərin təşkil edildiyini bildirən sədr mərkəzin ölkəmizin idman həyatında fəal iştirak etdiyini, Avropa və dünya çempionatları, eləcə də Olimpiya oyunlarında mükafat əldə edən bir sıra tanınmış idmançıların məhz DGK İSM-ın yetirmələri olduqlarını xatırladıb.

2015-ci ildə ölkəmizin I Avropa Oyunları kimi mötəbər yarışa yüksək səviyyədə ev sahibliyi etdiyini deyən Xəzər İsayev bu il paytaxtımızda Formula 1 Avropa Qran-pri yarışlarının, gələn il isə IV İslam Həmrəyliyi Oyunlarının da yüksək səviyyədə təşkil olunacağına inandığını deyib. İdmançılarımızın Rio-2016-ya səylə hazırlaşdığını deyən Xəzər müəllim növbəti Olimpiya oyunlarında Azərbaycan idmançılarının daha da uğurlu nailiyyətlər qazanacaqlarına inandığını bildirib.

Sonra yarışlar açıq elan olunuB. Azərbaycan Dövlət himni səsləndirildikdən sonra yarışlara start verilib.

İki gün ərzində gərgin keçən yarışların yekununa əsasən Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun taekvondoçuları 6 qızıl, 3 gümüş, 5 bürünc medalla birinci pillədə qərarlaşıb.

İkinci və üçüncü yerləri isə müvafiq olaraq Sumqayıt Təhsil İdman Mərkəzi (5 qızıl, 3 gümüş, 6 bürünc medal) və “Fateh” idman klubunun (3 qızıl, 2 gümüş, 3 bürünc medal) təmsilçiləri tutublar. Yarışda Tahir Həbibliyə (Lənkəran TİM) “ən əzmkar  idmançı”, İsmayıl İsmaylova (Təhsil RİM) “ən texnikalı idmançı”, Röyal Ağayevə (“Gömrükçü” İK) “ən gənc idmançı” nominasiyasında diplomlar təqdim olunub. Aygül Abdullayeva isə yarışın ən yaxşı hakimi adına layiq görülüb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30