27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

Təmiz şəhər naminə veloyürüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Azərbaycan Velosiped İdmanı Federasiyasının, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “İslahatçı Gənclər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Nərimanov rayonu ərazisində "Təmiz şəhər naminə hərəkətdə ol" devizi altında veloyürüş keçirilib. Futbolxeber.az-ın məlumatına görə, 100-dən artıq həvəskar və peşəkar velosipedçinin qatıldığı yürüşün iştirakçıları arasında Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndələri və Milli Məclisin deputatları da olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bu cür layihələrin təşkilində aktiv şəkildə iştirak etdiklərini deyərək, insanların diqqətinin ekoloji problemlərə yönəldilməsinin vacibliyindən danışıb. Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev isə təmsil etdiyi qurumun sağlam həyat tərzinin təbliği istiqamətində bu cür layihələrə hər zaman dəstək verməyə hazır olduğunu deyib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30