6 May 2024, Bazar ertəsi
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları

Digər idman növləri

Növbəti Avropa Oyunlarının məşəli Bakıda yandırılacaq!

“Bakı Avropa Oyunlarının tarixində əbədi rol oynayacaq”. Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, bunu Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki deyib.

AOK prezidenti  bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ilk qitəmiqyaslı Oyunların təşkilatçısı olan Azərbaycan bundan sonrakı yarışlarının da rəmzi start nöqtəsi olacaq.

Belə ki, I Avropa Oyunlarında olduğu kimi, hər 4 ildən bir təşkil olunacaq yarışların məşəli Bakıda yandırılacaq. Atəşgah məbədində alovlandırılacaq məşəl təşkilatçı ölkəyə Bakıdan aparılacaq.

Hikki söyləyib ki, artıq bu barədə qərar da verilib: “Avropa Olimpiya Komitəsi də bununla bağlı qərar verdi. Bu amil özünü doğruldur. Məşəlin burdan götürülməsi gözəl olardı”.

Qeyd edək ki, Olimpiya Oyunlarının məşəli də daim eyni ölkədə - Yunanıstandakı Olimp dağında alovlandırılır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31