Digər idman növləri
İlham Əliyevə Sambonun Çempion kəməri təqdim edildi
İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Sambo Federasiyasının prezidenti Vasili Şestakov ilə görüşüb. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, qonaq Beynəlxalq Sambo Federasiyası İcraiyyə Komitəsinin qərarı ilə Sambonun Çempion kəmərini dövlətimizin başçısına təqdim edib.
Beynəlxalq Sambo Federasiyasının prezidenti Vasili Şestakov deyib: “İcazə verin, belə bir bayramı təşkil etdiyinizə görə təşəkkürümü bildirim. Mən Bakıda hələ 1974-cü ildə olmuşdum. İndi isə gözlərimə inana bilmirəm. Dəstəyinizə görə Sizə təşəkkür edirəm. Çox sağ olun. Çünki məhz Sizin sayənizdə sambo yarışları belə böyük idman tədbirinin proqramına daxil edilib. Hələ Soçidə sambodan söhbət düşəndə bu idman növünün Avropa Oyunlarına daxil edilməsinə görə Sizə təşəkkür bildirildi. Biz də Sizi təbrik etmək və Çempion kəmərini təqdim etmək istərdik”.
Vasili Şestakov Sambonun Çempion kəmərini dövlətimizin başçısına təqdim edib.
Prezident İlham Əliyevin təşəkküründən sonra Şestakov bunları söyləyib: “Belə bir kəmər fəxri prezident kimi Vladimir Vladimiroviçə təqdim edilib. Sambonun Azərbaycanda və bütün dünyada inkişafına göstərdiyiniz böyük xidmətlərə görə Beynəlxalq Sambo Federasiyası İcraiyyə Komitəsinin qərarı ilə Sizə Sambonun Çempion kəmərini təqdim edirik. Bu, ikinci belə kəmərdir. Birincisi Vladimir Vladimiroviç Putinə təqdim olunub. Ümid edirəm ki, Sizin dəstəyinizlə sambo Olimpiya Oyunlarına yol tapacaq. Sizin çox məşhur - 7 dəfə dünya çempionunuz Ceyhun Məmmədov var. O, sambonun əfsanəsidir. Buna görə də o, Beynəlxalq Federasiyanın ən yüksək mükafatına - Qızıl nişana layiq görülüb. Tarixdə cəmi bir idmançı bu nişanla mükafatlandırılıb. O, ən yaxşı samboçular onluğuna daxil olub”.
Prezident İlham Əliyev isə bunları deyib: “Çox sağ olun. Mən işimə verilən qiymətə görə minnətdarlığımı bildirirəm. Siz qeyd etdiyiniz kimi, sambo birinci Avropa Oyunlarının proqramına daxil edilib. Bu Prezident Putinlə mənim birgə təşəbbüsüm idi. Biz bu barədə hələ ötən ilin yazında müzakirə aparmışdıq. Biz Avropa Olimpiya Komitəsinə müraciət etdik ki, sambo ilk Avropa Oyunlarının proqramına daxil edilsin. Deməliyəm ki, Oyunların proqramına daha 7 idman növü üzrə yarışların daxil edilməsi planlaşdırılırdı. On doqquzu artıq müəyyənləşdirilmişdi və yalnız bir idman növü qalırdı. Əlbəttə, biz Avropa Olimpiya Komitəsinə xahişimizi təmin etdiklərinə görə də minnətdarıq. Beləliklə, belə bir gün gəlib çatdı. Həqiqətən də idmanın bu növü bizi birləşdirir. Bu, sambonun gələcəkdə Olimpiya Oyunlarının proqramına daxil edilməsinə aparan yoldur. Bu idman növü bizdə çox sevilir. Bu yarışlardan sonra, fikrimcə, sambo bölməsinə axın daha da artacaq. Çünki hamı gözəl bilir ki, cüdo Olimpiya idman növü olduğuna görə gəncləri və uşaqları özünə daha çox cəlb edir. Hamı Olimpiya çempionu olmaq istəyir. Biz sambonu da bu cür dəstəkləyirik və dəstəkləyəcəyik”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- Avropa çempionatında möhtəşəm nəticə
-
18:13
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışd
-
18:00
Azərbaycan gimnastı: “Rəqiblərimiz bizdən çəkinirlər”
-
17:24
Hidayət Heydərov finalda
-
16:39
Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
-
16:17
Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb
-
15:51
Kubokun finalı: Nominal meydan sahibi və başlama saatı müəyyənləşdi
-
15:26
Millimizin üzvü Macarıstanda bürünc medal qazandı
-
13:42
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
-
13:30
AFFA 7 klubu cərimələdi
-
13:13
“Futbolu da basketbol qədər izləyirəm”
-
12:45
Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO