27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

"Bakı-2015": 3 atıcımız yarışla vidalaşdı

Bu gün Bakı-2015 I Avropa Oyunlarında atıcılığın 4 növündə yarışları keçirilir. Futbolxeber.az-ın məlumatına görə, qadınlar 25, kişilər 50 metr məsafədən tapança ilə atəş açmaq da qüvvələrini sınayır.

Dairəvi stend atıcıları da bu gün mübarizəyə start verib. Azərbaycan snayperləri təsnifat mərhələlərində qüvvəsini sınayıb.

Kişilərin 50 metrdən tapança ilə atəş açmaqda təsnifat yarışları başa çatıb. Bu mərhələdə ölkəmizi təmsil edən Rəsul Məmmədov 540 xal toplayıb. 31 idmançı arasında 24-cü olan atıcımız final mərhələsinə yüksələ bilməyərək, mübarizəni dayandırıb.

25 metr məsafədən tapança ilə atəş açan qadınların təsnifat mərhələsi başa çatıb. 2-ci – sürətli atəş hissəsində Azərbaycan snayperi İradə Aşumova da qüvvəsini sınayıb. 576 xal yığan idmançımız 15-ci yeri tutub. Sərrast hissəsə 286 xalla 17-ci olan İradə Aşumova yarımfinal mərhələsinə yüksələ bilməyib. Belə ki, yalnız ilk 8 yeri tutan snayperlər mərhələ adlayıb.

Eyni vaxtda başlayan kişilərin dairəvi stend yarışında isə iki təmsilçimiz hədəf önünə keçib. Yarımfinala vəsiqə uğrunda mübarizə aparan Emin Cəfərovla Paşa Əhədpur təsnifat mərhələsinin 1-ci günündə qüvvəsini sınayıb. 70 xal toplayan Cəfərov 30 idmançı arasında 25-ci olubsa, Əhədpur 68 xalla 27-ci yerlə kifayətlənib. Onlar sabah mərhələnin 2-ci günündə də çıxış edəcək.

Qadınların stend yarışındakı təmsilçimiz Nurlana Cəfərova təsnifat mərhələsində 65 xal toplayıb. O, 19 idmançı arasında 18-ci olub. Bununla da yarımfinaal yüksələ bilməyən atıcımız mübarizəni dayandırıb.

Qeyd edək ki, qadınlar dairəvi stend və 25 metrdən tapança ilə atəş açmaqda, kişilər isə 50 metrdən tapança ilə atəş açmaqda mükafatçıları da bugünkü finallarda müəyyənləşdirəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30