26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

“Bakı-2015”: 3 idmançımızdan yalnız 1-i 1/16 finala yüksələ bildi

Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda Bakı-2015 Avropa Oyunlarında qadın oxatanlar arasında fərdi mübarizəyə start verilib. Futbolxeber.az-ın məlumatına görə, turnirdə ölkəmizi 3 qadın oxatan təmsil edir.

1/32 finalda Olqa Senyuk rumıniyalı Simona Bancila, Yaylagül Ramazanova gürcüstanlı Xatuna Narimanidze, Nurlanə Vəliyeva isə rusiyalı Kristina Timofeyeva ilə qarşılaşıb.

İdmançılarımızdan yalnız Olqa Senyuk mərhələ adlayıb. O, rumın rəqibinə 6:5 hesabı ilə qalib gəlib. Senyuk 1/16 finalda danimarkalı Maja Yaqerlə üz-üzə gələcək. İyunun 21-də keçiriləcək qarşılaşma 9:31-də start götürəcək.

Nurlanə Vəliyeva rusiyalı Kristina Timofeyeva 0:6, Yaylagül Ramazanova isə gürcüstanlı Xatuna Narimanidzeyə 4:6 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıblar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30