26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

“Azərbaycan dünya idmanı tarixinə yeni səhifə yazır”

Latviyanın focus.lv müstəqil xəbərlər portalında “Bakı-2015”. Azərbaycan birinci Avropa Oyunlarının astanasında” sərlövhəli məqalə dərc edilib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, məqalədə qeyd edilir ki, müasir Azərbaycan yeni qlobal ideyaların və təşəbbüslərin, miflərin və nağılların reallığa çevrildiyi məkandır. “Ölkə bütün sivilizasiyaların öz aralarında qarşılıqlı anlaşma və dialoq qurmağa imkan tapdıqları körpü və mühüm meydandır. Azərbaycan həm dünyanın, həm də Avropanın sülh və əməkdaşlıq prinsiplərinin dirçəlişi tarixində yeni səhifədir”, – məqalədə bildirilir.

Oxucunun diqqətinə çatdırılır ki, dünyanın güclü dövlətləri tərəfindən potensial vassal kimi yanaşılan, yaxud elə bu cür vəziyyətdə olan qonşularından fərqli olaraq, müasir Azərbaycan belə yanaşmanı qəbul etmir və dünyanın bütün ölkələri ilə bərabər əsasda münasibət qurur. “Ölkə həqiqətən də özünün möhkəm, sabit və başlıcası demokratik ictimai-siyasi vəziyyəti ilə qürur duya bilər”, - portalda vurğulanır.

Məqalədə qeyd olunur ki, demokratiyanın inkişafında, iqtisadi, sosial və digər sahələrdə əldə olunan bütün nailiyyətlər Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirir. 2015-ci il iyunun 12-də Azərbaycanın paytaxtı Bakıda birinci Avropa Oyunlarının təntənəli açılış mərasimi keçiriləcək. Bununla da Azərbaycan dünya idmanı tarixinə yeni səhifə yazacaq. İlk Oyunların Bakıda keçirilməsi Azərbaycan üçün həm də ona görə mühüm hadisədir ki, bu qərar ilə bütün Avropa cəmiyyəti müasir Azərbaycan cəmiyyətinə öz dərin hörmətini və inamını ifadə edib.

Latviyanı “Bakı-2015”də bu ölkənin Olimpiya Komitəsinin baş katibi Jorj Tikmersin rəhbərliyi ilə 67 atlet təmsil edəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30