27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə “Bakı-2015”ə dəstək fləşmobu keçirilib

Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə “Bakı-2015” birinci Avropa Oyunlarını dəstəkləyən fləşmob keçirilib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, azərbaycanlı gənclər RAGB-nin himayəsi ilə M.Qorki adına mərkəzi mədəniyyət və istirahət parkında aksiya təşkil ediblər.

RAGB fəalları suvenirlər və xatirə hədiyyələri - “Bakı-2015”in loqotipi olan şarlar, bilərziklər, futbolkalar, beysbolkalar, qələmlər və kitabçalar, Azərbaycan bayrağının rənglərində olan kürəciklər paylayıblar. Onlar moskvalılara Azərbaycan boyu gəzdirilən Olimpiya məşəli haqqında danışıb, sualları cavablandırıb, Avropa Oyunlarının iştirakçılarına – idmançılara uğurlar arzulayıblar.

Rusiya Azərbaycanlı Gənclər Birliyi idarə heyətinin üzvü Emin Hacıyev AZƏRTAC-a müsahibəsində deyib: “Bakıda birinci Avropa Oyunlarının çoxdan gözlənilən açılış mərasiminə bir neçə gün qalıb. Leyla Əliyevanın rəhbərlik etdiyi RAGB qitənin bütün sakinləri üçün möhtəşəm olan bu hadisədən kənarda qala bilməzdi. Bizim fəallarımız 2015-ci ilin əsas idman bayramı haqqında özünəməxsus tərzdə danışmağı qərara aldılar”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30