27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

Taekvondo üzrə Azərbaycan milli komandası birinci Avropa Oyunlarına ciddi hazırlaşır

Birinci Avropa Oyunları yaxınlaşdıqca Azərbaycanın bütün idman federasiyaları hazırlıq səviyyəsini artırır, yarışlarda iştirak edəcək atletlərimiz məşqləri intensivləşdirirlər. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarında ölkəmizi uğurla təmsil edəcək idmançılar sırasında taekvondoçularımız da var. Taekvondo üzrə Azərbaycan milli komandasının üzvləri də birinci Avropa Oyunlarında qələbə qazanmağa iddialıdırlar. Yarışların Azərbaycanda keçirilməsi idmançılarımızın məsuliyyətini daha da artırır.

Bu günlərdə Azərbaycan taekvondo tarixinə daha bir şanlı səhifə yazılıb. Belə ki, 14 illik aradan sonra taekvondo idmanımızda yenidən dünya çempionunun olması Azərbaycan Taekvondo Federasiyası rəhbərliyinin gördüyü uğurlu işlərin nəticəsidir.

Federasiyanın vitse-prezidenti Niyaməddin Paşayev bildirib ki, Azərbaycanın kişilərdən ibarət komandası birinci Avropa Oyunlarına dörd idmançı ilə qatılacaq. Hazırda onlar təlim–məşq toplanışındadırlar. Çelyabinskdə keçirilən dünya çempionatından bir həftə əvvəl qayıtdıq. Həmin yarışda komandamızın üzvü Radik İsayev dünya çempionu oldu. Mənim çempion olduğum vaxtdan 14 il sonra R.İsayevin qızıl medalla Vətənə qayıtması komandamıza böyük ruh yüksəkliyi gətirib. İnanıram ki, birinci Avropa Oyunlarında iştirak edəcək idmançılarımız uğurlu çıxışları ilə bizi sevindirəcəklər.

Mötəbər yarışlara hazırlaşan taekvodçularımız bu mühüm turnirdə ölkəmizi uğurla təmsil edəcəklərinə inandıqlarını bildiriblər. Milli komandamızın üzvü Ayxan Tağızadə deyib: “Rəqiblər Avropanın 16 ən güclü idmançılarındandır. Onların hamısını tanıyıram və buna görə də taktiki məşqlər edirəm. Məşqçilər də bizimlə ciddi çalışırlar. Oyunlara ciddi hazırlaşırıq. İnşallah, Oyunlarda üçrəngli bayrağımızı dalğalandıracağıq”.

Taekvondo yarışları dörd gün ərzində - iyunun 16-19-da “Baku Crystal Hall”da keçiriləcək. “Bakı-2015” birinci Avropa Oyunlarında taekvondoçular səkkiz çəki dərəcəsində güclərini sınayacaqlar. Yarışlarda 128 kişi və qadın idmançı birincilik uğrunda mübarizə aparacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30