27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

Ermənilər daha 3 yığmasının heyətini və Bakıya gələcəkləri günü açıqladı

Avropa Oyunlarına gələcək Ermənistan millisi daha 3 növ üzrə idmançılarının adlarını açıqlayıb. Futbolxeber.az-ın məlumatına görə, onlar cüdo yarışlarında mübarizə aparacaq yığmanın ardınca atıcılıq, boks və yunan-Roma güləş üzrə təmsilçilərini də müəyyənləşdiriblər.

Belə ki, iyunun 12-28-də Bakıda keçiriləcək yarışda Qraçik Babayanla (pnevmatik tüfəng) və Norayr Arakelyan (pnevmatik tapança) hədəf önünə çıxacaq. Atıcılıq üzrə Ermənistan millisinin baş məşqçisi Seyran Nikoqosyan bildirib ki, komanda hazırda İrəvanda məşqlərini davam etdirir. Onun sözlərinə görə, yetirmələri ilə birgə Bakıya iyunun 14-də gələcəklər: “Avropa Oyunlarında hər 2 təmsilçimiz 2 dəfə şansını yoxlayacaq. Onlar 10 və 50 m məsafədə atəş açacaqlar. Babayan 16-da və 20-də, Arakelyan isə 18-də və 21-də medal almaq uğrunda mübarizə aparacaq”.

Atıcılıq yığmasından fərqli, boks millisi Azərbaycana əsas komandanın baş məşqçisi David Torosyanın rəhbərliyi altında deyil (o ölkəmizə gəlməkdən imtina edib), gənclər yığmasının çalışdırıcısı Karen Aqamalyanın başçılığı ilə gələcək. Bu komandada Artyom Aleksanyan (49 kq), Narek Abqaryan (52 kq), Aram Avakyan (56 kq), Samvel Barqesyan (60 kq), Oqanes Baçkov (64 kq) və Nikol Arutyunyan (81 kq) yer alacaq.

Aqamalyan bildirib ki, Aleksanyan, Abqaryan, Avakyan və Arutyunyan beynəlxalq turnirdən qayıdıblar və fiziki hazırlıq keçirlər. Barqesyan və Baçkov mayın 18-də Kaunasa yollanacaq. Mayın 30-dan iyunun 12-dək Azərbaycan gələcək heyət təlim-məşq toplanışında olacaq. Toplanış Abovyan və ya Tsaxkadzoredə keçiriləcək.

Aqamalyanın sözlərinə görə, yığma Bakıya iyunun 14-də gələcək: “Ertəsi gün boksçular çəki mərasiminə qatılacaq. İyunun 16-dan boksçularımız mübarizəyə qoşulacaqlar.  Komandamızın üzvləri irəliləsə digərləri ilə müqayisədə daha çox vaxt Bakıda qalacaqlar”.

Yunan-Roma güləşi üzrə komanda isə artıq Avropa Oyunlarının hazırlıqlarına start verib. Yığma baş məşqçi Levon Culfalakyanın rəhbərliyi altında Tsaxkadzoredə bir araya gəliblər. Təlim-məşq toplanışında onlarla birgə Polşa, Bolqarıstan və İsveçrə güləşçiləri də iştirak edirlər.

Erməniləri Avropa Oyunlarında klassiklərin yarışında Roman Amoyan (55 kq), Miqran Arutyunyan (66 kq), Karapet Çalyan (75 kq) və Maksim Manukyanın (85 kq) təmsil edəcəyi də dəqiqləşib.

Qeyd edək ki, bu idmançılardan öncə cüdoçular - Oqanes Davtyan (60 kq), David Nikoqosyan (73 kq) və Janna Stankeviçin (52 kq) də Bakı-2015-ə gələcəyi açıqlanmışdı.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30