26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

“Xəzər Kuboku” turnirinə yekun vuruldu

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Novxanı qəsəbəsindəki “Sərhədçi Atçılıq Mərkəzi”-nin manejində atçılığın konkur növü üzrə “Xəzər Kuboku” adlı “CSI-1*” kateqoriyalı beynəlxalq turnir başa çatıb.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından futbolxeber.az-a verilən məlumata görə, yarışda Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, Luksemburq və İrandan olan idmançılar iştrak edib. “Xəzər Kuboku”nun ilk günü iştirakçılar hündürlüyü 125 sm olan maneələri aşıblar. Luksemburqlu Marsel Even, “Kasandra MNM” ləqəbli atla, bütün rəqiblərini qabaqlayaraq birinci olub. Günün ikinci yarışında isə iştirakçılar hündürlüyü 135 sm olan maneələri dəf ediblər. Bu dəfə də qalib adını “Kasandra MNM”lə Marsel Even qazanıb. Yarışın ikinci günü çaparlar əvvəlcə hündürlüyü 130 sm olan maneələri keçiblər.

 Azərbaycan təmsilçisi Elmar Abdullayev “Vudi” ləqəbli atla birinci olub.
 140 sm maneələri aşmaqda isə Gürcüstan idmançısı Şalva Qaçeçiladzefərqlənib. Yarışın final günü isə idmançılar 145 sm-lik maneələri aşıblar. Azərbaycan təmsilçisi Patrik Mc Entee “Tall boy” ləqəbli atla bütün rəqiblərini qabaqlayıb.

Qeyd edək ki, turnirə Azərbaycan, Türkiyə, Bolqarıstan və İrandan dəvət olunan hakimlər kollegiyası nəzarət edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30