8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Digər idman növləri

Teymur Rəcəbov: "Qələbə qazanmaq hər zaman xoşdur" (Müsahibə)

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirinin 6-cı turunda Aleksandr Qrişuka qalib gəlib. Futbolxeber.az-ın məlumatına görə, qələbədən sonra Rəcəbov təəssüratlarını jurnalistlərlə bölüşüb:

- İlk olaraq partiya haqda fikirlərini söyləyərdiniz...

- Oyuna qara fiqurlarla yaxşı başladım. Debüt "qədim hind" müdafiəsiylə oldu. Təhlükəli gedişlər oldu. Rəqib imkan verdikcə hücum davam etdi və fiqurların dəyişilməsi də üstünlüyü azaltmadı. Ağlar üçün çətin pozisiya alınmışdı. E8-dən sonra qələbə şansları artdı. Maraqlı partiya idi. Çox sevinirəm ki, qələbə qazandım. Qələbə qazanmaq hər zaman xoşdur. Sözsüz, turnirdə hər bir oyuna xüsusi hazırlaşırdım. 6-cı turda qələbə qazandım. Turniri yaxşı nəticəylə başa vurmağa çalışacam.

- Sizin məşqçiniz Vladimir Çuçelov söylədi ki, partiyanın gedişində onu həyəcanlandırdınız....

- F7-F5 gedişini deyirsiniz. Əslində, bu məntiqli gediş oldu. Çünki, oyunun gedişində rəqib buna imkan verdi. Bu gedişlə şah olan cinaha hücum etmək mümkün oldu. Getdikcə fəallığı artırdım və nəhayət f5 gedişi oldu.

- Qran-Pridə ilk qələbəni qazandın. Bu nəticə növbəti oyunlarda daha yaxşı oynamağa imkan verəcək.....

- İlk qələbə yaxşıdır. Hər zaman daha yaxşı oynamağa çalışıram. Turnirdə növbəti oyun haqda düşünürəm və çalışıram yaxşı nəticə qazanım. Sabah başqa rəqib olacaq və mən hər şeyə yenidən başlayacam. Qran-Pridə zəif rəqib yoxdur. Hər bir rəqib yaxşı oynamağa çalışır. Burada rəqabət çox güclüdür.

- Bu qələbədən sonra siz 3-5-ci yerləri bölüşürsünüz...

- Hər tur cədvəldə dəyişiklik ola bilər. Mən son nəticə haqda indi danışmaq istəməzdim. Qarşıda bizi 5 tur gözləyir. Bu kifayət qədər oyun edir. Biz turnirin ekvator xəttinə yaxınlaşmışıq.

- Hər halda əsas nəticə iddiaçılar turnirinə vəsiqə qazanmaqdır. Qrişukla oyundan sonra daha yaxşı əhval-ruhiyyədə oynamaq olar....

- Fabioano Karuana yaxşı oyunla reytinqini artırdı. Onun yüksək reytinqi iddiaçılar turnirinə yolunu asanlaşdırır. Yəni, reytinqə görə turnirə vəsiqə qazana bilər. Digər şahmatçılar Qran-Pridəki iki vəsiqə uğrunda yarışır. Bakıdan əlavə turnirin digər ölkələrdə keçiriləcək 3 mərhələsi olacaq. Ümumilikdə 4 mərhələdə yarışmalıyıq. Ona görə indidən yekun barədə danışmaq düzgün deyil.

Bakı Qran-Pri turnirinin mətbuat xidməti




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31