Digər idman növləri
“Heydər Əliyev olmasaydı, Harik Vaynşteyn dünya çempionu Harri Kasparov olmayacaqdı"
Bakıda Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Qran-pri turnirinin üçüncü mövsümünün açılış mərasimi keçirilib. Futbolxeber.az-ın məlumatına görə, tədbirin əvvəlində ilk dəfə 2008-ci ildə Bakıda keçirilən Qran-pri turnirinin qalibi Vüqar Həşimovun qələbəsinə və son illər Azərbaycan şahmatının nailiyyətlərinə həsr edilən videoçarx nümayiş olunub. Sonra Vüqar Həşimovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından və idmançılarımızın qazandıqları nailiyyətlərdən danışıb. Qeyd edilib ki, ulu öndər Heydər Əliyev bütün sahələrlə yanaşı, gənclərin mənəvi tərbiyəsində, fiziki və zehni inkişafında mühüm vasitə olan idmana da həmişə böyük diqqət göstərib. Azad Rəhimov deyib ki, idmanın bu növü üzrə ilk Dövlət Proqramı məhz Azərbaycanda imzalanıb. Prezident İlham Əliyevin şahmatın inkişafı ilə bağlı imzaladığı Dövlət Proqramı uğurla həyata keçirilməkdədir. Məhz bunun nəticəsidir ki, kişi şahmatçılardan ibarət millimiz iki dəfə Avropanın ən güclü komandası seçilib. “SOCAR-Azərbaycan” klubu iki dəfə Avropa kubokuna sahib çıxıb. Azad Rəhimov xatırladıb ki, ilk dəfə 2008-ci ildə keçirilmiş turnir mərhum qrossmeysterimiz Vüqar Həşimovun qələbəsi ilə başa çatmışdı. Nazir əminliklə bildirib ki, bu turnirdə də bütün iştirakçılar öz qələbələrini unudulmaz Azərbaycan şahmatçısının xatirəsinə həsr edəcəklər.
Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov belə bir turnirin yenidən ölkəmizdə keçirilməsinin xoş bir ənənə, bütün idmançılar üçün sevindirici hal olduğunu qeyd edib. O, bütün nailiyyətlərə verilən beynəlxalq qiymətin məhz birinci Avropa Oyunlarının 2015-ci ildə Azərbaycanda keçirilməsi olduğunu vurğulayıb.Onun sözlərinə görə 2015-ci ildə Dünya Şahmat Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində təşkil olunması ölkəmiz üçün tarixi hadisədir. AŞF prezidenti hər iki turnirin yüksək səviyyədə keçiriləcəyinə inandığını deyib.
FİDE prezidenti Kirsan İlyumjinov çıxışında turnirin yüksək səviyyədə təşkilinə, idmançılar üçün yaradılan şəraitə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. O deyib ki, FİDE-nin 181 üzvü arasında şahmatın inkişafı üzrə xüsusi Dövlət Proqramı qəbul etmiş yeganə dövlət Azərbaycandır. K.İlyumjinov vurğulayıb ki, Prezident İlham Əliyevin idmanın, xüsusilə şahmatın inkişafına göstərdiyi diqqət digər ölkələrə də nümunə olmalıdır. FİDE prezidenti Ulu Öndər Heydər Əliyevin sovet dövründə şahmatın inkişafına böyük töhvə verdiyini söyləyib: "Mən Heydər Əliyevdən aldığım məsləhətlər sayəsində işimdə çoxlu səhvlərdən sığortalanmışam. Eyni zamanda məhz Heydər Əliyevin sayəsində Harik Vaynşteyn dünya çempionu Harri Kasparova çevrilib. Əgər o Harikə qayğı göstərməsəydi şahmat aləmi onu 13-cü dünya çempionu kimi tanımazdı. Şahmatın inkişafı istiqamətində gördüyü işlərə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm".
Tədbir püşkatma mərasimi və incəsənət ustalarının çıxışıyla yekunlaşıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- Avropa çempionatında möhtəşəm nəticə
-
18:13
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışd
-
18:00
Azərbaycan gimnastı: “Rəqiblərimiz bizdən çəkinirlər”
-
17:24
Hidayət Heydərov finalda
-
16:39
Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
-
16:17
Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb
-
15:51
Kubokun finalı: Nominal meydan sahibi və başlama saatı müəyyənləşdi
-
15:26
Millimizin üzvü Macarıstanda bürünc medal qazandı
-
13:42
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
-
13:30
AFFA 7 klubu cərimələdi
-
13:13
“Futbolu da basketbol qədər izləyirəm”
-
12:45
Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO