9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Minifutbol

UEFA-nın seminarı başa çatıb

Xəbər verdiyimiz kimi, aprelin 9-da və 10-da Bakıda AFFA tərəfindən UEFA-nın qadın futboluna həsr olunmuş seminarı keçirilib. Bosinya və Herseqovina, Litva və Monteneqrodan olan seminar iştirakçıları bir neçə tədbirdə iştirak ediblər. "Hilton" otelində AFFA əməkdaşlarının müxtəlif mövzularda təqdimat və çıxışları başa çatdıqdan sonra iştirakçılar 201 saylı orta məktəbə yollanıblar. Burada U-15 qızlar Liqasının bombardirinin mükafatlandırma mərasimində iştirak edən qonaqlar daha sonra futbol dərsini izləyiblər. 201 saylı məktəbdən "Bakcell Arena"ya yola düşən seminar iştirakçılarına stadion barədə ətraflı məlumat verilib. Ardınca Bayıl stadionuna gələn qonaqlar 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının AZAL klubunun U-16 komandası ilə yoldaşlıq oyununu izləyiblər. Sonda "Hilton" otelində seminar iştirakçılarına müvafiq sertifikatlar təqdim olunub.


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31