9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Minifutbol

Peşəkar Futbol Liqası 15 yaşında!

Azərbaycan Peşəkar Futbol Liqasının 15 yaşı tamam olur.

Futbolxeber.az saytının məlumatına görə, Elxan Səmədovun rəhbərlik etdiyi təşkilat 2008-ci ildə yaradılıb.

Premyer Liqa, I divizion və Azərbaycan Kubokunun oyunlarını təşkil edən qurumun yaradılmasından sonra ölkə çempionatına bir sıra yeniliklər gətirilib.

Bu qurumun fəaliyyətə başlamasından sonra Premyer Liqa UEFA reytinqində yüksəlib, hər il Azərbaycan Kubokunun finalı maraqlı şouya çevirilib.

Azərbaycan klublarının avrokuboklardakı ən böyük uğurları da PFL-in fəaliyyət dövrünə təsadüf edir. Bu müddətdə "Qarabağ" Çempionlar Liqasının, "Neftçi" və "Qəbələ" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla azarkeşləri sevindirib.

Futbolxeber.az saytı PFL-i əlamətdar gün münasibəti ilə təbrik edir, qurumun əməkdaşlarına gələcək fəaliyyətlərində daha böyük uğurlar arzu edir.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31