9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Minifutbol

“Heydər Əliyev 100. Voleybola dəstək marafonu” keçirilib

Azərbaycan Voleybol Federasiyası (AVF) Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev 100. Voleybola dəstək marafonu” keçirib.
 
Futbolxeber.az saytının məlumatına görə, marafonda federasiyanın prezidenti Şahin Bağırov, vitse-prezidenti Bəhruz Quliyev, baş katibi Faiq Orucov, qadınlardan və kişilərdən ibarət yığma komandaların üzvləri, yeniyetmə, gənc və veteran voleybolçular, digər növlərlə məşğul olan idmançılar, nazirliyin və federasiyasının əməkdaşları, media nümayəndələri və şəhər sakinləri iştirak ediblər.
 
Qaçış Dənizkənarı Bulvarda yerləşən “Dəniz Mall”un qarşısından start götürüb. Marafonçular oradan Bayraq meydanına və geriyə olmaqla, ümumilikdə 5 km məsafə qaçıblar. Daha sonra “Dəniz Mall”un qarşısında qurulmuş voleybol meydançalarında milli voleybolçular və şəhər sakinlərinin iştirakı ilə simvolik yarış keçirilib. Orada, həmçinin marafon iştirakçıları və qonaqlar üçün voleybol oyunları və müxtəlif əyləncəli şoular təşkil olunub.
 
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin voleybolun paytaxtda və bölgələrdə inkişafı ilə bağlı verdiyi tövsiyə və tapşırıqları çərçivəsində təşkil olunub. Marafon Azərbaycanda voleybolun inkişafı, geniş kütlə arasında yayılması, yeniyetmə və gənclərin bu idman növünə cəlb olunmasına xidmət edir.
 
AVF-in belə tədbirlərinin paytaxtla yanaşı, bölgələrdə də təşkili nəzərdə tutulur.
 
Futbolxeber.az-ın teleqram kanalına abunə olun  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31