9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Minifutbol

Milli Olimpiya Komitəsi üç şirkətlə tərəfdaşlıq memorandumu imzalayıb

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) Visa, Go Sport və Batıgöz Klinikası ilə tərəfdaşlıq memorandumu imzalayıb.

Futbolxeber.az saytının məlumatına görə, tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev və müxtəlif federasiya rəsmiləri iştirak ediblər.

Müqavilələr 2024-cü ilin sonunadək nəzərdə tutulub.

Tədbir iştirakçılarını salamlayan Çingiz Hüseynzadə ötən il MOK-un 30 illiyinin qeyd olunduğunu xatırladıb: "MOK Prezident İlham Əliyevin rəhbərliyi dövründə uğurlu yol qət edib. Komitəmiz dünyada tanınan və hörmət qazanan qurumdur. Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Baxın ötən həftə Bakıya səfər etməsi və bir sıra görüşlər keçirməsi sübutlardan biridir. Tərəfdaşlar olmasaydı, bu qədər güclü ola bilməzdik. Bunların sayını daim artırmaq istəyirik. Tərəfdaşlarımızın bir çoxu IOC-la da əməkdaşlıq edir. Bütün yarışlara birlikdə gedirik. Onlar da bizimlə birgə uğurlar qazanacaqlar".

Daha sonra sözügedən şirkətlərin nümayəndələri əməkdaşlığın onlar üçün əhəmiyyətli olduğunu bildiriblər. Ardınca tərəfdaşlıq sözləşmələri imzalanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31