9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Minifutbol

Prokuror yeniyetmə idmançının qətlində təqsirləndirilən şəxsə 20 il cəza istədi

 
Bakı Ağır Cinayətlər Mərkəzində Şağan Olimpiya İdman kompleksində yeniyetmə cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə ittiham olunan Ruslan Səfixanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
 
Futbolxeber.az saytının "Trend"ə istinadən verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda prokuror çıxış edib.
 
Dövlət ittihamçısı Ruslan Səfixanovun xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirli bilinərək 20 il azadlıqdan məhrum edilməsini istəyib.
 
Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində yerləşən idman arenasında baş verib.
 
İdman arenasında Yevlax rayon sakini, 2006-cı il təvəllüdlü Turan Rüstəmovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı T. Rüstəmova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Ruslan Səfixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31