9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Minifutbol

AFFA Ulu öndərin 100 illiyinə həsr olunan turnir keçirəcək

Mayın 26-da AFFA-nın təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş miniturnir keçiriləcək.
 
Futbolxeber.az saytının məlumatına görə, Bakı Olimpiya Stadionunda təşkil olunacaq yarışda 10 komanda iştirak edəcək.
 
Bunlar AFFA, PFL, Klublar, Hakimlər, Veteranlar, Media, Könüllülər, SOCAR, BOS və Sponsorlar olacaq.
 
Komandalar hər birində beş kollektiv olmaqla 2 qrupa bölünəcəklər. Birinci yeri tutanlar arasında qalibi müəyyənləşdirmək üçün final oyunu baş tutacaq.
 
Turnirə saat 16:30-da start veriləcək. Final görüşü saat 20:00-da başlayacaq. Matçlar Bakı Olimpiya Stadionunun əsas meydanında keçiriləcək.
 
Oyunları izləmək istəyən azarkeşlər və mətbuat nümayəndələri üçün stadiona giriş sərbəst olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31