8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Minifutbol

“Heydər Əliyev, müasir idman və Olimpiya hərəkatı” kitabının təqdimat mərasimi keçirilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) Prezident təqaüdçüsü, pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin “Heydər Əliyev, müasir idman və Olimpiya hərəkatı” kitabının təqdimat mərasimi keçirilib.

Futbolxeber.az saytının “Report”a istinadən verdiyi məlumata görə, kitabda Azərbaycan idmanından, Azərbaycan idman tarixində və onun keçdiyi inkişaf yolunda Heydər Əliyevin əvəzsiz xidmətlərindən, əldə olunmuş nailiyyətlərdən bəhs edilir.

Olimpiya çempionları, rəsmilər, professor-müəllim və inzibatı heyət, həmçinin, tələbələrin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra “Ulu Öndər Heydər Əliyevin tarixi xidməti” adlı sənədli film nümayiş olunub.

Təqdimat mərasimini giriş sözü ilə açan ASAPES-in rektoru Fuad Hacıyev qonaqlara Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyəti, idman siyasəti və bu sahədəki əvəzsiz xidmətlərindən danışıb.

Müəllif Dilqəm Quliyev “Heydər Əliyev, müasir idman və Olimpiya hərəkatı” kitabı haqqında məlumatları tədbir iştirakçıları ilə bölüşərək, tədbirin təşkilində verdiyi dəstəyə görə, Akademiya rəhbərliyinə, eləcə də, qonaqlara təşəkkürünü bildirib.

Sonda müəlliflə sual-cavab və müzakirə formatında interaktiv sessiya keçirilib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31