8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Minifutbol

İlham Əliyev və Mehriban Əliyeva İrəvanda medal qazanan türk idmançıları təbrik etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağır atletika üzrə Avropa çempionu Cansu Bektaşa və Ağır atletika üzrə Avropa çempionatının gümüş medal sahibi Qamze Altuna təbrik məktubu ünvanlayıblar.

Futbolxeber.az saytının məlumatına görə, təbrik məktubunda deyilir:

 “Əziz Cansu və Qamze,

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qızıl və gümüş medallar qazanmağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirik.

Sizin yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək dünya miqyasında Türkiyə bayrağını dalğalandırdırmağınız, İstiqlal Marşını səsləndirməyiniz bütün Azərbaycan xalqını sevindirdi.

Qələbələrinizi Azərbaycana həsr etdiyinizə görə Sizə xüsusi təşəkkür edirik. Bu, bir daha onu sübut etdi ki, Azərbaycan olmayan yerdə Türkiyə daim bizi təmsil edir və haqq işimizi dəstəkləyir. Bu, sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürüdür.

Biz Sizinlə fəxr edir, bundan sonra da yeni-yeni qələbələr diləyirik”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31