9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Minifutbol

“Mingəçevir” komandası "Kamaz"la toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Bu gün “Mingəçevir” futbol komandası I Divizionun 20-ci turu çərçivəsində “Şamaxı” ilə səfər oyununa gedərkən yolda avtomobil qəzasına uğrayıb.

Futbolxeber.az-ın məlumatına görə, bu haqda Peşəkar Futbol Liqası saytı vasitəsi ilə açıqlama yayıb.

Futbolçular və rəhbərlik heyəti arasında xəsarət alanlar olsa da, həyatını itirən yoxdur. Bu fors-major hal nəzərə alınaraq, PFL tərəfindən bu günə nəzərdə tutulan “Şamaxı-2” - “Mingəçevir” görüşü təxirə salınıb.

Oyunun nə vaxt keçirilməsi ilə bağlı əlavə məlumat veriləcək.

***

APA-nın yaydığı xəbərə görə, “Mingəçevir” futbol komandasını daşıyan avtobus yük maşını ilə toqquşub. Hadisə günorta saatlarında, İsmayıllı-Şamaxı avtomobil yolunun Muğanlı ərazisindəki dolayda qeydə alınıb.

Sərnişin avtobusu ilə “KamAZ” markalı yük avtomobilinin toqquşması nəticəsində xeyli sayda xəsarət alanın olduğu bildirilir.

Xəsarət alanlar - yük maşınının sürücüsü, 1949-cu il təvəllüdlü Məmmədov Əflatun Abdulla oğlu və 1968-ci il təvəllüdlü Qarayev Zaur Ələş oğlu ("Migəçevir" klubunun idman direktoru) xəstəxanaya yerləşdirilib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31