9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Minifutbol

Klub prezidentinin 13 yaşlı oğlu kokaindən istifadə edib

Frankfurt prokurorluğu “Ayntraxt” futbol klubunun prezidenti Peter Fişerə qarşı araşdırmalara başlayıb.

Futbolxeber.az saytının “Sportschau”ya istinadən verdiyi məlumata görə, o, narkotik maddələrin qanunsuz şəkildə əldə edilməsində və saxlanılmasında ittiham edilir. İstintaqa klub prezidentinin həyat yoldaşı və onun 25 yaşlı böyük oğlu da cəlb olunub.

Məlum olub ki, “Ayntraxt”ın rəhbərinin 13 yaşlı kiçik oğlu sinif yoldaşları ilə birgə kokaindan istifadə edib. Uşaqlardan birinin anası övladının davranışından şübhələnərək bu haqda məktəb rəhbərliyini və polisi məlumatlandırıb.

Ötən ayın sonunda Fişerin evində axtarış aparan polis əməkdaşları kokain aşkarlayıblar. Məhz bundan sonra Fişer, onun həyat yoldaşı və 25 yaşlı böyük oğlu narkotik maddənin düzgün olmayan, azyaşlının əli çatan şəkildə saxlanılmasına görə ittiham olunublar.  

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31