Minifutbol
Bizi ötən əsrə qaytaran Gəncə stadionu... REPORTAJ
Son 2 həftə ərzində azərbaycanlı idman jurnalistləri arasında canlanma hiss olunur. Ardıcıl ikinci həftə sonudur ki, təkcə paytaxtda deyil, Bakıdan kənarda keçirilən Premyer Liqa oyunlarını izləyən media işçilərinin sayında xeyli artım var. Halbuki buna qədər vəziyyət fərqli idi. Məsələn, VI turda keçirilən "Qəbələ" - "Neftçi" oyununu bəndənizlə yanaşı, yalnız Sport24.az-ın baş redaktoru Ceyhun Əliyev izləyirdi. Bölgədəki oyunlara jurnalistlərin marağının artması səbəbsiz deyil. Bunun təşəbbüskarı da, səbəbkarı da Peşəkar Futbol Liqasıdı. Qurumun jurnalistlər üçün keçirdiyi yeni layihəyə əsasən, media işçiləri ay bitdikdən sonra bölgə səfərlərinə uyğun olaraq ödəniş alacaqlar. Düzdür, ödənilən məbləğlə xərc arasında ciddi fərq yoxdur, amma istənilən halda bu təşəbbüsə görə Peşəkar Futbol Liqasına təşəkkür düşür.
Bazar günü elə "Kəpəz" də 4 illik fasilədən sonra Premyer Liqanın oyunu çərçivəsində doğma azarkeşləri önünə çıxırdı. Gəncə şəhər stadionunun vəziyyətini yüngül formada desək, ürəkaçan olmadığı üçün buna qədər "Kəpəz" öz meydanından didərgin düşmüşdü. Komanda ev oyunlarını keçirmək üçün əvvəlcə paytaxta, sonra isə Qəbələyə üz tutmuşdu. Nəhayət, gəncəli azarkeşlərin həsrəti 10-cu turda, özü də əzəli rəqib "Neftçi" ilə oyunda bitdi.
Düzdür, yekun nəticə gəncəlilər üçün ürəkaçan olmasa da, istənilən halda "Kəpəz"in doğma stadiona qayıdışı komandaya müsbət təsirini göstərəcək. "Neftçi" ilə oyun barədə qısaca onu demək olar ki, "Kəpəz"azarkeşlərinin dəstəyi ilə flaqmana bacardığı qədər müqavimət göstərsə də, 2 komandanın futbolçuları arasındakı səviyyə, ustalıq fərqi nəticəyə birbaşa təsirini göstərdi. Təbii ki, "Kəpəz"in 62-ci dəqiqədən azlıqda qalması da məğlubiyyətə təsirsiz ötüşmədi. Gəncəlilərin baş məşqçisi Tərlan Əhmədovun da dediyi kimi, 10 nəfərlə "Neftçi" kimi komandaya qarşı mübarizə aparmaq çox çətindi...
Gəncə stadionunda gördüklərimizə əsasən demək olar ki, buna qədər "Kəpəz"in öz meydanından aralı düşməsinə görə Fövqəladə Hallar Nazirliyini də, Peşəkar Futbol Liqasını da qınamağ dəyməz. Stadion həqiqətən də yüksək liqa oyunlarını qəbul edəcək səviyyədə deyil. Uçuq tribunalar, sınıq-salxaq oturacaqlar 90-cı illəri xatırladırdı. Amma bizi ötən əsrin son 10 illiyinə qaytaran təkcə uçuq-sökük tribunalar deyildi. Elektron tablonun işləməməsi də bizi keçmişə qaytarmışdı. Dördüncü hakim məcburiyyətdən əvəzetmələr zamanı əl işarələrindən istifadə edirdi. Tablodakı nasasızlıq səbəbindən matçın sonunda demək olar ki, hər kəs yanındakılardan hakimin ikinci hissəyə nə qədər əlavə etdiyini soruşurdu. Daim futbola xüsusi sevgi ilə yanaşan gəncəli azarkeşlərin cılğınlığı da dəyişməyib, olduğu kimidi. Hakimin qərarına narazılıqlarını gəncəli fanatlar hələ ötən əsrdən eşitdiyimiz "hakim də Bakıdan gəlib" atmacası ilə ifadə edirdilər...
Mənfi məqamlarla yanaşı, müsbətləri də demək lazımdı. Bazada müəyyən qədər yenidənqurma işləriaparılır, PFL-in tələbi ilə arenada hər iki komandanın paltardəyişmə otaqları, hakim otağı hazır vəziyyətə gətirilmişdi. Stadionun nə vaxt tam hazır vəziyyətə gətiriləcəyini isə heç stadionun əməkdaşları da bilmir. Qeyri-rəsmi məlumata görə, stadionun balansında olduğu İdman Nazirliyi hələ heç layihə planını belə təsdiq etməyib...
"Kəpəz" - "Neftçi" oyununun ən yaddaqalan, ən xoş anı Gəncə klubunun şəhid övladlarıyla bağlı təşəbbüsü idi. Komandaların meydana şəhid övladları ilə birgə çıxması, qarşılaşmada topa ilk zərbəni Vətən müharibəsi zamanı ermənilərin Gəncəyə raket hücumu nəticəsində valideynlərini itirmiş Hüseyn Əliyev və dağıntılar altında qalmış Bəxtiyar Heydərlinin endirməsi, "Kəpəz" tərəfindən şəhid övladlarına hədiyyə paketlərinin təqdim olunmasını görmək çox xoş idi. Ümid edək ki, digər klublarımız da hər zaman bir ömür boyu borclu olduğumuz şəhid övladlarına qarşı bu cür diqqətli olacaqlar.
İbrahim CƏFƏROV
Bakı-Gəncə-Bakı
Fotolar Ruslan Mikayıllıya məxsusdu
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
- Klublar Komitəsinin iclası keçirilib
-
13:49
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
-
13:21
Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər
-
13:08
Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
-
12:50
Azərbaycanda körlinq idman bölməsi açılıb
-
12:37
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medalçılar bəlli olub
-
12:25
AFFA-dan Yuri Matiasa sərt cəza
-
12:13
"Turan Tovuz"un legioneri üçün mövsüm bitdi
-
11:52
“Kəpəz”in 2 futbolçusuna 4 oyunluq cəza verildi
-
11:04
Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
-
10:49
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
10:27
Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
-
10:11
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
-
09:48
Azərbaycan Basketbol Liqası: "Sabah" finala yaxınlaşdı
-
09:30
"Borrusiya" ÇL-də ilk finalçı oldu VİDEO
-
19:25
“Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
-
18:59
II Liqa: Ev sahibləri üçün uğursuz gün
-
18:33
Şehiç milli karyerasını başa vurdu
-
17:17
Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
-
16:44
"Araz-Naxçıvan"dan "qızıl dubl"
-
16:26
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
-
15:57
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
-
14:30
AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
-
14:12
Millimizin üzvü: "Xorvatiyaya qarşı layiqli mübarizə aparmağa çalışacağıq"
-
13:58
Millimiz Türkiyəyə də uduzdu
-
13:39
Faiq Qarayev: "İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın"
-
13:01
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
-
12:45
Azərbaycanın millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
-
12:24
“Gəncə” baş məşqçisi ilə bağlı qərarını açıqlayıb
-
11:57
"Formula 1": Bakıdakı yarış üçün marşalların təliminə başlanılıb
-
11:33
Musa Qurbanlı “Yurqorden”in U-21 komandasında fərqləndi
-
11:19
Cəlal Hüseynov 90 dəqiqə oynadı
-
11:08
"Mançester Yunayted" darmadağın oldu VİDEO
-
10:52
Azərbaycan karateçiləri Avropa çempionatında mübarizə aparacaqlar
-
10:46
"Lill" - "Lion" matçında 7 qol VİDEO
-
10:35
Kapitan: "Yarımfinalda favorit yoxdur"
-
10:24
"Atalanta"dan əzmkar qələbə VİDEO
-
10:13
"Traktor" səfərdə 3 xal qazandı
-
09:59
"Napoli" sonda qələbəni əldən verdi VİDEO
-
09:47
Krivotsyukun qolu kifayət etmədi
-
09:30
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
22:00
Diniyev: "Deyiləcək söz yoxdur"
-
21:41
Sxadadze ilk qələbəsini şərh etdi
-
20:55
"Səbail" "Qəbələ"yə məğlub oldu
-
18:37
Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb
-
18:06
"Səbail" - "Qəbələ": Heyətlər açıqlandı
-
17:52
Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub
-
17:25
Bakı dünyanın "İdman Paytaxtı” seçilib
-
17:14
"Kocaelispor"un prezidenti Ramilin oyunundan narazı qalıb
-
16:43
Azərbaycanın beynəlxalq kateqoriyalı güləş hakimlərinin sayı artıb
-
16:09
Nazir Ülviyyə Fətəliyevanı qəbul edib