9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Minifutbol

İcra başçısı “Kəpəz”in rəhbərliyi ilə görüşüb

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Kəpəz” PFK-nın rəhbərliyini qəbul edib. 

Futbolxeber.az saytının məlumatına görə, görüşdə klubun Müşahidə Şurasının üzvü Həmid Nəsirov və icraçı direktor İlqar Nadiri iştirak edib. 

“Kəpəz”in yenidən Premyer Liqaya çıxmasını Gəncə futbolunun adına müsbət məqam kimi dəyərləndirən icra başçısı azarkeşlərin həmişə kluba böyük maraq göstərməsindən danışıb. Gəncə futbolunun köklü tarixindən, ənənəsindən bəhs edən Niyazi Bayramov şəhər stadionunun ərazisində salınan meydanlar və Gəncə Futbol Akademiyasının inşası ilə maraqlanıb. Vurğulayıb ki, şəraitin yaxşılaşması, akademiyanın fəaliyyətə başlaması uşaq futbolunun inkişafına əhəmiyyətli dərəcədə təkan verəcək. Elitada komandaya stadiondan azarkeşlik edərək ev oyunlarını tribunadan izləyəcəyini söyləyən şəhər rəhbəri “Kəpəz”in əvvəlki əzəmətini bərpa edəcəyinə, özünəməxsus ruhu geri qaytaracağına və yenidən azarkeşləri qələbələrlə sevindirəcəyinə inandığını bildirib. 

Müşahidə Şurasının üzvü, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov komandanın böyük fanat ordusuna malik olduğunu xatırlatmaqla məqsədlərinin Gəncədə keçirilən oyunlarda stadionu azarkeşlərlə doldurmaq olduğunu deyib. Tamaşaçı sayında həmişə “Kəpəz”in rekordlar qırdığını vurğulayıb. Kluba sponsorların, iş adamlarının cəlb olunması istiqamətində Futbolun İnkişafı Fondu ilə daim təmasda olduqlarını, bu istiqamətdə işlərin aparıldığını deyib. İanalərin toplanması üçün müxtəlif aksiyaların təşkilinin nəzərdə tutulduğunu açıqlayıb. 

Klubun icraçı direktoru İlqar Nadiri əsas komandanın gücləndirilməsi yönündə görülən işlərdən danışıb. Gəncə şəhər stadionunun vəziyyətinə də toxunan klub rəsmisi arenanın da tezliklə yenidən qurulucağına inamını ifadə edib. “Kəpəz”ə rəng qatan azarkeşlərin güclü komanda görmək istədiklərini bildirən İlqar Nadiri bunun ilk növbədə klubun maliyyə imkanlarına bağlı olduğunu deyib. Bu yöndə durmadan çalışdıqlarını, müəyyən çevrədə biznes adamları ilə görüşdüklərini qeyd edib. 

Görüşün sonunda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova “Kəpəz”in forması və şərfi hədiyyə olunub. Hədiyyələrə görə təşəkkür edən icra başçısı ianə toplama aksiyası çərçivəsində komandaya dəstək verəcəyini bildirib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31