9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Minifutbol

Məhkəmə Maşallah Əhmədovun şikayəti ilə bağlı qərar verdi

Veteran futbolçu Maşallah Əhmədovun İmişli Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Vilyam Hacıyevlə bağlı şikayətinə xitam verilib.

APA-nın məlumatına görə, istintaq orqanı tərəfindən aparılan araşdırmanın nəticəsinə görə Vilyam Hacıyevin Maşallah Əhmədov və iş adamı Müqayis Verdiyevə borcu olması, onlara qarşı dələduzluq etməsi sübut olunmayıb. Şikayət əsassız olduğuna görə cinayət işinə həmin epizodla bağlı hissədə bəraətverici əsaslarla xitam verilib.

Maşallah Əhmədov və Müqayis Verdiyevin sabiq icra başçısının məhkəməsində ifadə verəcəkləri gözlənilsə də, sözügedən qərardan sonra onlar şahidlər siyahısına salınmayıblar.

Xatırladaq ki, Maşallah Əhmədov uzun müddətdir Vilyam Hacıyev tərəfindən aldadıldığını iddia edib. Onun sözlərinə görə, iş adamı Müqayis Verdiyevlə birgə İmişli Rayonunda aparılan yenidənqurma işlərində iştirak etsələr də, Vilyam Hacıyev onların pulunu verməyib. Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən araşdırma aparılıb.

Xatırladaq ki, M.Əhmədov 2015-ci ildə bir neçə nəfərə qarşı dələduzluq etdiyinə görə həbs olunaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum olunub.

O, 2017-ci ildə cəzasının dörddə üç hissəsini çəkdiyi üçün vaxtından əvvəl cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31