9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Minifutbol

AFFA rəsmisi Avropol və UEFA-nın birgə konfransında iştirak edib

Niderlandın Haaqa şəhərində Avropol və UEFA-nın birgə konfransı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, tədbirin məqsədi futbolda danışılmış oyunlarla mübarizə üzrə cari çağırışlar və başlıca inkişaf istiqamətlərini müzakirə etmək və məlumatlılığı artırmaq, habelə operativ səviyyədə hüquq-mühafizə orqanları, məhkəmə hakimiyyəti və idmanla maraqlı tərəflər arasında əməkdaşlığı təkmilləşdirmək üçün mövcud iş modellərini və qabaqcıl təcrübələri təqdim etməkdir.

Konfrans futbolda mütəşəkkil cinayətkarlığa və danışılmış oyunlara qarşı mübarizə ilə məşğul olan hüquq-mühafizə, məhkəmə və idman orqanlarının öz görkəmli təcrübələri ilə töhfə verən beynəlxalq ekspertlərini bir araya gətirib. İclasın əsas mövzusu hüquq-mühafizə orqanları və Futbol Bütövlüyü və Toxunulmazlığının təminatçısı olan digər tərəflər arasında operativ əməkdaşlığın genişləndirilməsi olub.

Mövcud pandemiya məhdudiyyətlərinə görə hibrid formatda keçirilmiş tədbirdə UEFA-nın AFFA-da olan Danışılmış oyunlara qarşı nümayəndəsi Seymur Səlimli də iştirak edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31