9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Minifutbol

CAS Nurlan İbrahimovla bağlı prosesi yenə təxirə saldı

İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ"ın keçmiş mətbuat katibi Nurlan İbrahimovla bağlı məhkəməni növbəti dəfə təxirə salıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə N.İbrahimov feysbuk səhifəsində yazıb:  "Bu dəfə mayın 25-ə uzadıldı...Uzadılsın...

İdman və siyasət arasında cizginin itdiyi bugünlərdə il yarım bundan öncə olduğu kimi günahsız körpələrin qətliamına hayqırış sədası nə zamana nə də məkana bağlıdır...

Mən sənə inanıram, CAS! Ədaləti bərpa edəcəksən, təzyiqlərə dözəcəksən... Və bugün bütün dünyanı necə Ukraynadakı məzlumların naləsi bürüyübsə, bir gün mütləq məsum insanlarımızın da harayını qulağına pərçimləyəcək..."

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu UEFA futboldan ömürlük uzaqlaşdırıb. İdman Arbitraj Məhkəməsi (CAS) onun şikayəti ilə bağlı qərarı 2021-ci il dekabrın 22-də açıqlamalı idi. Lakin bu, ilk olaraq yanvarın 27-dək, sonra isə martın 22-dək uzadılmışdı.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31