8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Minifutbol

Britaniya səfiri: "Tofiq Bəhramov olan yerdə VAR nəyə lazımdır?!"

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Almaniya və İngiltərə yığmaları arasında Avropa çempionatının 1/4 fərhələsinin oyunundan əvvəl maraqlı paylaşım edib.

Futbolxeber.az saytının məlumatına görə, Şarp Londondakı "Uembli" stadionunda keçiriləcək matçı izləməyi səbrsizliklə gözlədiyini bildirib.

Şarp "Tofiq Bəhramov olan yerdə VAR nəyə lazımdır?!" yazıb.

Bu gün keçiriləcək İngiltərə - Almaniya qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Xatırladaq ki, 1966-cı ildə keçirilmiş dünya çempionatının finalında İngiltərə Almaniyanı əsas vaxtı 2:2 hesabı ilə başa çatan oyunun əlavə vaxtında 4:2 hesabı ilə məğlub edib. Həmin görüşdə yan xətt hakimi azərbaycanlı Tofiq Bəhramov olub. Onun qərarından sonra İngiltərə yığması əlavə vaxtda 3:2 hesabı ilə önə keçib. Bəhramov topun qapı xəttini keçdiyini bildirib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31