8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Minifutbol

AFFA 50 mindən çox ağac əkdi

Avropa çempionatının oyunlarının keçiriləcəyi şəhərlərdə ekoloji vəziyətə töhfə vermək məqsədilə UEFA İcraiyyə Komitəsi ev sahibi ölkələrdə 50 min ədəd ağac əkilməsi barədə qərar qəbul edib.

Futbolxeber.az saytının məlumatına görə, AFFA UEFA-nın bu təşəbbüsünü müsbət qarşılayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi il birgə Xocahəsən gölünün ətrafında və hava limanı magistral yolunun Suraxanı rayonu ərazisindən keçən hissəsində 50600 ədəd ağac əkib.

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun-11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münxen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə-İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31