8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Minifutbol

"Qalatasaray"ın yeni transferinə 3 cüt butsı təmizlətdirdilər

"Qalatasaray"ın yeni transferi Bruma klubun düşərgəsindəki ilk günündə maraqlı hadisə ilə qarşılaşıb. Futbolxeber.az-ın məlumatına görə, portuqaliyalı futbolçu Melo, Ebue və Taffarelin "qurban"ı olub. Belə ki, bazaya gəlikdən və baş məşqçi Fatih Terimlə görüşdükdən sonra Bruma paltardəyişmə otağına daxil olaraq komanda yoldaşları ilə salamlaşıb. Bu zaman isə Melo özünün, Ebuenin və Taffalerin butsularını əlinə alaraq, Brumaya "dərhal bunları təmizlə" deyib. Nə baş verdiyini anlamayan gənc oyunçu çaşıb, qalıb. Ebue və Taffarel də zarafatı davam etdirərək, "Qalatasaray"da qayda belədir, yeni gələn oyunçu mütləq bir neçə nəfərin butsısını təmizləməlidir. Odur ki başla" deyiblər. Deyilənləri ciddi qəbul edən Bruma da 3 cüt butsını təmizləyib. Yalnız bundan sonra Melo futbolçuya yaxınlaşaraq, zarafat etdiklərini bildirib və Brumanın könlünü alıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31