9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Minifutbol

“Sayt təhqir yazsa, bu, onu maliyyələşdirən klubun sifarişi kimi qəbul ediləcək"

Bu gün Azərbaycan Radiosu 105 Fm-də yayımlanan "Extra time" verilişində İlkin Babanın qonağı Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) rəhbəri Qabil Mehdiyev olub.

Futbolxeber.az saytının məlumatına görə, federasiya rəhbəri təhqirə və böhtana yol verən saytlara qarşı atılacaq addımdan danışıb:

"Bizim federasiyanın hər hansı bir cəza mexanizmi mümkün deyil. Amma bütün idman federasiyaları, klublarla memorandum imzalayacağıq və onların qarşısında şərt qoyacağıq. Əgər idman mediasında inkişafa dəstək vermək istəyirsinizsə, bizimlə əməkdaşlıq edin. Amma bir şərtlə. Əgər sizin maliyyələşdirdiyiniz online media, sayt təhqirə yol verirsə, siz də avtomatik olaraq həmin təhqirin iştirakçısı, dolayı yolla sifarişçisi olursunuz. Belə olan halda biz həmin sayta dəstək olan federasiya və ya kluba müraciət edəcəyik ki, reklam müqavilənizə yenidən nəzər salın. Belə olanda da, həmin qurumlar o saytlarla reklam əməkdaşlığında ehtiyat edəcək".

Qabil Mehdiyev rəhbərlik etdiyi qurumun idman jurnalistləri üçün həyata keçirəcəyi layihələrdən də söz açıb:

"Bu gün ölkə mətbuatına KİVDF öz köməkliyini edir. Əgər idman mediası da ölkə KİV-nin tərkib hissədirsə, onlar da bundan yararlanmaq hüququna malikdir. Bununla bağlı biz KİVDF-yə müraciət edəcəyik. Eyni zamanda il ərzində AİJF-nin də müxtəlif tədbirlərlə bağlı yazı müdabiqələri olacaq ki, qalib jurnalistlər mükafatlandırılacaq. İlkin olaraq 1-ci yerin sahibinə 500, 2-ci yeri tutana 300, 3-cü olana isə 200 manat məbləğində pul mükafatı veriləcək. Qalibləri isə yalnız idarə heyəti müəyyən etməyəcək. İH-nin nəzdində komissiya yaradılacaq. Burada veteran idman jurnalistləri, idman ictimaiyətinin təcrübəli simaları təmsil olunacaq. Yekun rəyə əsasən ən yaxşılar müəyyən olunacaq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31