8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Minifutbol

Antalyadan qayıdan klublarımız problemlə üzləşdilər: yüklər gəlmədi

Antalyadakı təlim-məşq toplanışını başa vurub bu gün eyni təyyarə ilə Bakıya qayıdan 4 klubumuz problemlə üzləşib.

Futbolxeber.az saytının məlumatına görə, “Qarabağ”, “Neftçi”, “Qəbələ” və “Sumqayıt”ın futbolçularının, eləcə də digər sərnişinlərin əksəriyyətinin təyyarənin yük yerinə verilmiş əşyaları gəlməyib. Hətta “Sumqayıt”ın məşq ləvazimatlarının Antalyada qaldığı bildirilir.

Klub nümayandələri Bakı aeroportunun əməkdaşlarına istinadən bildiriblər ki, komandaların yükü normadan artıq olduğundan Bakıya bugünkü  reyslə gətirilməyib.

Qeyd  edək ki, klubların üzvlərini Bakıya AZAL-ın təyyarəsi gətirib. Onlara  bildirilib ki, yüklər Azərbaycana bir də gələn həftənin üçüncü günü olan reyslə göndəriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31