9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Minifutbol

UEFA pişiyə görə "Beşiktaş"ı cəzalandıracaq

UEFA-nın Nizam-İntizam Komitəsi “Beşiktaş”ı cəzalandıracaq. Futbolxeber.az xəbər verir ki, buna səbəb Çempionlar Liqasının 1/8 final mərhələsinin “Bavariya” ilə cavab matçında türkiyəli azarkeşlərin turnirin reqlamentinə zidd olan hərəkətlər etməsi olub.
 
Belə ki, tribunalarda keçidlərin bağlanması və meydana yad əşyaların atılmasına görə "Qara Qartallar"ın cərimələnəcəyi gözlənilir.
 
Əsas maraqlı məqam isə UEFA-nın oyunun gedişində meydançaya daxil olan pişiyə görə də “Beşiktaş”a cəza veriləcəyini açıqlamasıdı. 
 
Xatırladaq ki, matçın baş hakimi Maykl Oliver pişik meydanı tərk edənədək oyunu saxlamalı olub.
Xatırladaq ki, “Beşiktaş” – “Bavariya” matçı İstanbul klubunun 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Almaniyadakı ilk qarşılamada da rəqibinə uduzan “qara qartallar” iki oyunun nəticəsinə görə ÇL-lə vidalaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31