9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Minifutbol

Məşhurlar "Karabakh" Vyanaya dəstək oldu

Azərbaycanın tanınmış simaları futbol üzrə Avstriyanın Şərq Regional Liqasında çıxış edən "Karabakh" Vyana klubuna dəstək olub.

Futbolxeber.az saytının məlumatına görə, şahmat üzrə üçqat Avropa çempionu, FİDE reytinqində dünyanın ikinci şahmatçısı Şəhriyar Məmmədyarov, yunan-Roma güləşi üzrə üçqat olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rövşən Bayramov, yunan-Roma güləşi üzrə ilk Avropa Oyunlarının qalibi, IV İslam Həmrəylik Oyunlarının çempionu Elvin Mürsəliyev, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu Eduard Məmmədov, karate üzrə dünya və Avropa çempionu Şahin Atamov, Azərbaycanın əməkdar artisti Səlim Abbasov, əməkdar artist, əfsanəvi "Bakılı oğlanlar" ŞHK-nun üzvü Bəhram Bağırzadə, ATV kanalının "Həftə sonu" ictimai-siyası proqramının müəllifi, aparıcı Vaqif Aydınoğlu, ATV kanalında idman xəbərlərinin aparıcısı Sənan Şəfizadə sosial şəbəkədəki rəsmi səhifələrində "Karabakh" klubunun oyunlarını izlədiklərini və onlara dəstək olduqlarını yazıblar.

Tanınmış simalar "Karabakh" Vyananın formalarını paylaşaraq kluba uğurlar arzu edib, tezliklə azərbaycanlılar tərəfindən yaradılan komandanı Avstriyanın yüksək dəstəsində mübarizə aparmasını arzulayıb.

 Xatırladaq ki, azərbaycanlı soydaşlarımız tərəfindən yaradılan "Karabakh" klubu 2014-cü ildə ölkənin 6-cı liqasında çıxış etməyə başlayıb. Hazırda komanda Avstriya Stadt Ligada (Üçüncü Liqa) mübarizə aparır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31