9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Minifutbol

“Fiorentina” Astorinin 13 nömrəli formasını əbədiləşdirdi

İtaliyanın “Fiorentina” klubu bir neçə gün öncə gözlənilmədən vəfat etmiş kapitanı David Astori ilə bağlı bəzi qərarlar qəbul edib. Futbolxeber.az xəbər verir ki, Astori bir həftə sonra “Fiorentina” ilə yeni 3 illik müqavilə bağlamalı idi. Klub rəhbərliyi qərara alıb ki, bağlanmamış həmin müqavilədən futbolçuya çatacaq vəsait onun ailəsinə ödənilsin.
 
Pul onun həyat yoldaşı Françeska ilə qızı Vittoriyə ödəniləcək. Astorinin “Fiorentina”da illik məvacibi 1,3 milyon avro təşkil edirdi.
 
Digər bir qərara əsasən, “Fiorentina” Astorinin geyindiyi 13 nömrəli formanı əbədiləşdirib. İtaliyalı futbolçunun vaxtilə şərəfini qoruduğu “Kalyari” də oxşar qərar qəbul edib. O, bu klubda da məhz 13 nömrəli forma altında çıxış edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31