8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Minifutbol

“CBC Sport”un maliyyə problemi “Topaz”a görədi?

Bir müddətdi ki, “CBC Sport”da maliyyə problemlərinin olduğu haqda mətbuatda xəbərlər çıxır. Ayın əvvəlində kanaldan mövzuya münasibət öyrəndik.
 
Ancaq problemlərin ciddi olması ciddiyyətini qoruyur. Yeni məlumatlara görə kanalın əməkdaşlara aylıq məvaciblərin ödənməsində yaranan problemi hələ həll edilməyib. Adının açıqlanmasını istəməyən bir neçə işçinin dediyinə görə yanvar ayının maaşları hələ tam ödənməyib. Kanaldan ayrılmalara səbəb kimi də əsasən bu göstərilir.
 
Redaksiyamızın əldə etdiyi məlumata görə, “CBC Sport”un maliyyə probleminə səbəb “Topaz”dı. 
 
2015-ci ilin payızında yaradılan telekanalın SOCAR-dan maliyyələşdiyi bildirilsə də, ilk il üçün (2016) “Topaz”dan 2 milyon verilibmiş. Nədənsə bu il ödənişdən imtina edən şirkətin bu addımı atması səbəbini öyrənə bilməsək də, kanaldan da pulsuzluğun bundan, yaxud başqa amildən qaynaqlandığını  soruşa bilmədik – rəhbərlik cavab vermədi.
 
Məlum olan isə budu ki, “CBC Sport”da pul yoxdur və maaşların gecikməsi üçüncü aya keçir.
 
Yaranandan sürətlə yeniliklərə imza atan, ölkədə ilk HD yayım formatı tətbiq edən, maraqlı layihələr gerçəkləşdirə, ötən ilin yayından isə texniki problemləri artmaqda olan kanala çətinlikdən  çıxmağı arzulamaq qalır. (futbolpress.az)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31